“Emmi”də göz oxşadılar - Fotolar

emmide-goz-oxsadilar
Oxunma sayı: 2207

Los-Ancelesdə “Peacock” teatrında 75-ci “Emmi” mükafatının təqdimetmə mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qırmızı xalıya Monika Belluçi və sevgilisi Tim Börton, Syuki Uoterhaus, Selena Qomes, Cessika Çesteyn, Pedro Paskal və bacısı Lüks Paskal və digərləri çıxıblar.

“Ən yaxşı komediya serialı” adına “The Bear”, “Ən yaxşı dram serialı” adına isə “Succession” layiq görülüb.

“Ən yaxşı komediya aktrisası” Kvinta Branson, “Ən yaxşı komediya aktyoru” Ceremi Allen Uayt, “Ən yaxşı dram aktrisası” Sara Snuk, “Ən yaxşı dram aktyoru” isə Kiran Kalkin seçilib.

Gecədən fotoları təqdim edirik: