Ər və arvad evdə yanaraq öldü - Bakıda dəhşət

er-ve-arvad-evde-yanaraq-oldu
Oxunma sayı: 4805

Bakıda dəhşətli yanğın hadisəsi baş verib.

“Qafqazinfo” FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Suraxanı rayonunda çoxmənzilli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin 1 otağında divan 2 kv.m sahədə və yerə döşənmiş xalça yanıb. Hadisə nəticəsində ev sahibi 1951-ci il təvəlüdlü Abbasov Mikayıl və onun həyat yoldaşı 1951-ci il təvəlüdlü Abbasova Zoyanın yanmış meyitləri aşkar olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.