Ərdoğan onu yeni sədr təyin etdi

erdogan-onu-yeni-sedr-teyin-etdi
Oxunma sayı: 5390

Fatih Karahan Türkiyə Mərkəzi Bankının sədri vəzifəsinə təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sərəncam imzalayıb.

Xatırladaq ki, Karahan 28 iyul 2023-cü ildə Türkiyə Mərkəzi Bankının sədr müavini vəzifəsinə təyin edilmişdi.

Qeyd edək ki, yeni sədr 2006-cı ildə Boğaziçi Universitetinin Riyaziyyat və Sənaye Mühəndisliyi fakültəsini bitirib.

2012-ci ildə ABŞ-nin Pensilvaniya Universitetində İqtisadiyyat üzrə magistr və doktorantura pilləsini başa vurub.

2012-2022-ci illər arasında Nyu-York Mərkəzi Bankında çalışıb.