Ermənistan-Türkiyə sərhədində keçid məntəqəsi bu tarixdə açıla bilər - KİV

ermenistan-turkiye-serhedinde-kecid-menteqesi-bu-tarixde-acila-biler
Oxunma sayı: 2544

Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsi yaxın vaxtlarda açılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “NEWS.am” məlumat yayıb.

Bildirilir ki, keçid məntəqəsinin açılışı martın 1-nə planlaşdırılır.

Qeyd olunub ki, buraxılış məntəqəsinin təhlükəsizliyinin Ermənistanın Milli Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.