Ermənistanda avtomobillə bir qrup hərbçi vurulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Hadisə Geqargunik vilayətində qeydə alınıb. Belə ki, “QAZ 53” markalı yük avtomobili naməlum səbəblərdən bir qrup hərbçiyə çırpılıb.
Qəza nəticəsində 1 nəfər ölüb, daha 6 nəfər isə yaralanıb.
Məsələ ilə bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər