Ermənistanda hərbi hissədə yanğın, 15 nəfər öldü - Yenilənib

ermenistanda-herbi-hissede-yangin-15-nefer-oldu
Oxunma sayı: 5987

Ermənistanda hərbi hissədə gecə saatlarında yanğın baş verib. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 15 nəfər erməni ölüb, 3 nəfərin vəziyyəti isə ağırdır. 

Yanğının başvermə səbəbi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

***

Yanğının Basarkeçər rayonunun Azad kəndində yerləşən hərbi hissələrinin birində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

***

Hərbi hissədəki yanğını 5 saata söndürmək mümkün olub.

Ermənistan mediasının yaydığı məlumata görə, hərbi hissədə yanğının baş verməsi ilə bağlı məlumat 01:15-də daxil olub. 02:58-də lokallaşdırılan yanğın 06:33-də söndürülüb. 

***

Ermənistan İstintaq Komitəsinin ilkin versiyasına görə, kazarmada baş verən yanğına səbəb məkanın isidilməsi zamanı təhlükəsizlik qaydalarının pozulması olub.