Ermənistanda məhkum İrəvanın Nor-Nork inzibati rayonunun məhkəmə binasından qaçıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli Shamshyan.com saytı məlumat yayıb.
Bildirilir ki, hadisə avqustun 3-ü baş verib. Belə ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildikdən dərhal sonra məhkəmə zalından qaçmağa müvəffəq olub.
Hazırda adı açıqlanmayan həmin şəxsin yerinin müəyyən edilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Son xəbərlər
Son Xəbərlər