Ermənistanda partiya liderinin həbs müddəti uzadıldı

ermenistanda-partiya-liderinin-hebs-muddeti-uzadildi
Oxunma sayı: 147

Ermənistanda məhkəmə “Ana Ermənistan” müxalif partiyasının lideri Andranik Tevanyanın həbs müddətini uzadıb.

“Qafqazinfo” TASS-a istinadla xəbər verir ki, bu barədə siyasətçinin vəkili Aram Orbelyan məlumat verib.

Vəkilin sözlərinə görə, məhkəmənin qərarı ilə Tevanyanın həbs müddəti daha 3 ay artırılıb. Müdafiə tərəfinin məhkəmə iclasının açıq rejimdə keçirilməsi ilə bağlı qaldırdığı vəsatət isə təmin olunmayıb.

Xatırladaq ki, Tevanyana qarşı İstintaq Komitəsi tərəfindən “Dövlətə xəyanət” və “Cəsusluq” maddələri ilə cinayət işi açılıb. İyul ayında Apellyasiya Məhkəməsi onun həbs qətimkan tədbirinin ləğvi ilə bağlı müraciətini rədd etmişdi. Partiya rəhbərliyi bu qərardan Kassasiya Məhkəməsinə şikayət verəcəyini bildirib.

Qeyd edək ki, sentyabr ayında Ermənistanda digər müxalifətçi, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın da həbs müddəti uzadılıb. İş adamı böyük məbləğdə mənimsəmə və çirkli pulların yuyulmasında ittiham olunur.