Ermənistanda üç nazirliyin adı dəyişdiriləcək.
“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bu barədə qanun layihəsi Ermənistan Nazirlər Kabinetinin bu gün keçirilən iclasında təsdiq edilib.
Layihəyə əsasən, Yüksəktexnologiyalar Sənayesi Nazirliyinin adının Yüksəktexnologiyalar Sənayesi və Süni İntellekt Nazirliyi, Əmək və Sosial Məsələlər Nazirliyinin adının Əmək və Sosial Təminat Nazirliyi, Xarici İşlər Nazirliyinin adının isə Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi olaraq dəyişdirilməsi təklif edilir.
Son xəbərlər
Son Xəbərlər