Ermənistanın bir hissəsi işıqsız qaldı

ermenistanin-bir-hissesi-isiqsiz-qaldi
Oxunma sayı: 474

Ermənistanın şəbəkə və ötürücü sistemində baş verən qəza nəticəsində 5 vilayətdə elektrik enerjisinin verilişi tamamilə kəsilib.

“Qafqazinfo” “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə “Ermənistan Elektrik Şəbəkələri” şirkəti sosial şəbəkə hesabında məlumat yayıb.

Şirkətin mətbuat xidmətindən bildirilib ki, dispetçer məhdudiyyətləri Şirak, Lori, Tavuş, Araqatsotn və Ararat vilayətlərinin bir sıra şəhər və kəndlərində tətbiq olunub.

İşıq böhranını aradan qaldırmaq üçün Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mütəxəssisləri və sistem operatoru tərəfindən təcili bərpa işləri aparılır. Enerji təchizatının ən qısa zamanda bərpa olunacağı vəd edilir.