Ermənistanın keçmiş müdafiə naziri həbs edildi

ermenistanin-kecmis-mudafie-naziri-hebs-edildi
Oxunma sayı: 2996

Məhkəmə Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın həbsi ilə bağlı qərar qəbul edib.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, məsələyə Kentron və Nork-Maraş rayonlarının ümumi yurisdiksiyasında baxılıb. Keçmiş nazir 2 ay müddətinə həbs olunub.

Tonoyan 5 milyonluq yararsız raketlərin alışına görə saxlanılıb - Yenilənib

Tonoyan yenidən saxlanıldı

Tonoyanın vəkili Sergey Ovannisyan bildirib ki, Tonoyan özünü təqsirli bilmir və apellyasiya şikayəti veriləcək.

Xatırladaq ki, daha əvvəl Tonoyanla yanaşı, silah alverçisi David Qalstyan da saxlanılıb.

Bildirilir ki, hər iki şəxs ölkənin Silahlı Qüvvələrinin ehtiyacları üçün döyüş sursatları alarkən yol verilən çox sayda pozuntular və vəzifə öhdəliklərini aşma ilə bağlı başladılan cinayət işi çərçivəsində saxlanılıb.