“Əsas məqsədimiz İranda rejim dəyişikliyidir” - Netanyahu

esas-meqsedimiz-iranda-rejim-deyisikliyidir
Oxunma sayı: 313

İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, hazırda ölkəsinin xarici siyasətinin əsas məqsədi İranda rejim dəyişikliyidir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş nazirin ofisi bəyanata yayıb.

Onun fikrincə, bu məqsədə yaxın gələcəkdə nail olmaq mümkündür.

“Mən əminəm ki, biz bu təhlükəni birdəfəlik aradan qaldıra, yəni bu rejimi devirə bilərik. Bu, qarşımızda duran əsas məqsəddir və ona nail olmaq artıq çox yaxındır. Bu, qeyri-mümkün deyil, əldə edilə bilən bir hədəfdir”.

Netanyhunun sözlərinə görə, İslam Respublikası hazırda həmişəkindən daha zəif vəziyyətdədir və varlığını qorumaq uğrunda mübarizə aparır.

“Düşmənlərimizə deyirəm: Bizimlə işiniz olmasın. Əgər bir şey öyrənmisinizsə, o da budur ki, bizimlə qarşıdurmaya girməməlisiniz. Sizi məğlub etmək üçün lazım olan gücə, əzmə və daxili birliyə sahibik”, - o əlvə edib.

Qeyd edək ki, Netanyahu bu bəyanatı Müdafiə naziri İsrail Kats, Baş Qərargah rəisi Eyal Zamir və ordu rəhbərliyinin iştirakı ilə keçirilən görüş zamanı səsləndirib.