Əskişəhərdə meşə yanğını - 10 nəfər həlak oldu

eskiseherde-mese-yangini
Oxunma sayı: 1282

Türkiyənin Əskişəhər vilayətində meşə yanğını baş verib, 10 nəfər meşə işçisi həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda AKP-nin Əskişəhərdən olan millət vəkili Nəbi Hatipoğlu Seyitqazi məlumat paylaşıb.

O, yanğının söndürülməsi zamanı həyatını itirən işçilərin yaxınlarına başsağlığı verib:

“Vətənimizi və meşələrimizi qorumaq üçün canlarından keçən bu fədakar qardaş və bacılarımıza Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verirəm”.