“Əşyalarını ev muzeyi üçün saxlayıram... ” - Video

esyalarini-ev-muzeyi-ucun-saxlayiram-
Oxunma sayı: 582

Ağdamda Xalq artisti Arif Babayevin ev muzeyi yaradılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə mərhum sənətkarın xanımı Gültəkin Babayeva “Xəzər axşamı”na danışarkən bildirib. 

O, mərhum həyat yoldaşının əşyalarını muzey üçün saxladıqlarını əlavə edib: “Hansına baxıram ürəyim pis olur. Deyirəm, kaş məndən çox yaşayardı, özü görərdi. Hansına baxsam, ürəyim qana dönür”. 

Qeyd edək ki, 87 yaşlı Xalq artisti Arif Babayev ötən il avqustun 1-də vəfat edib. Dünən sənətkar doğum günündə anılıb.