“Eurovision” iştirakçılarından Elnur barədə- - Açıqlama

eurovision-istirakcilarindan-elnur-barede-
Oxunma sayı: 3903


“Qafqazinfo”nun məlumatına görə,  “Eurovision”a həsr olunmuş aparıcı informasiya portalın yaradıcısı Vilyam Li Adams Azərbaycan komandasının yaratdığı şoudan təsirlənib: 

“Azərbaycanın performansı füsunkar idi və başqa ölkələrin çıxışından çox fərqlənirdi. Elnurun çıxışı mistik və sehrli idi, fərqli stillərin miksini təşkil edən xoreoqrafiyası isə xüsusi diqqətə layiq idi”, - deyə o, bildirib.

Müsabiqənin başqa iştirakçiları Elnurun səsi və səhnə şousu barədə rəy bildiriblər.

Latviya təmsilçisi Aminata təmsiçimiz barədə açıqlama verib:

 “Elnur – istedadlı və güclü vokalçıdır. Biz Riqada keçirilən promo-konsertdə tanış olduq. Artıq onda mən onun mahnısını bu ilin ən yaxşı kompozisiyası kimi qiymətləndirdim və yanılmadım. Elnurun “Eurovision” səhnəsindəki çıxışı çox gözəl idi”.

Avstraliya nümayəndəsi və bu ölkənin pop-müsiqisinin super-ulduzu Qay Sebastyan isə həm Elnurun səhnədə nümayiş etdiyi güclü opera vokalına, həm də ki perfomansına heyran olduğunu açıqlayıb.