“Evimdə əsir götürülmüşəm” - Maduro

evimde-esir-goturulmusem
Oxunma sayı: 3005

Nyu-York Federal Məhkəməsində Venesuela Prezidenti Nikolas Maduronun işi üzrə keçirilən ilk dinləmədə o, özünü “müharibə əsiri” elan edərək bütün ittihamları rədd edib.

“Qafqazinfo” xəbər verir ki, CNN tərəfindən canlı yayımlanan məhkəmə prosesində hakim Alvin Hellerşteyn Maduro və həyat yoldaşı Siliya Floresin həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

Prezident və xanımı məhkəmədə ispan dilində çıxış edərək günahsız olduqlarını bildiriblər.

“Mən Venesuela Prezidentiyəm və özümü müharibə əsiri hesab edirəm. Karakasdakı evimdə əsir götürülmüşəm”, – deyə o vurğulayıb.

Qeyd edək ki, hakim növbəti məhkəmə iclasını 17 mart tarixinə təyin edib.