Evində dəm qazından zəhərlənib öldü - Foto

evinde-dem-qazindan-zeherlenib-oldu
Oxunma sayı: 4818

Göyçay rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, 1975-ci il təvəllüdlü Mehdiyev İlqar Ələkbər oğlu Göyçay şəhərində yaşadığı evdə dəm qazından zəhərlənərək vəfat edib.

Bildirilib ki, İ.Mehdiyev Göyçayda tanınmış ustalardan olub. Onun 2 övladı Türkiyədə ali təhsil alır.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.