Xaçmazda mağazadan elektrik avadanlıqları oğurlayan şəxslər saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bunlar Xaçmaz Rayon Polis Şöbəsinin keçirdiyi tədbirlərlə Xudat şəhərində yerləşən mağazadan oğurluq edən Elman İmanov və Elçin Məhərrəmovdur.
Onlar obyektdən ümumi dəyəri 23 min manat olan 14 ədəd televizor, 3 ədəd noutbuk və 3 ədəd kondisioner talayıblar.
Müəyyən edilib ki, saxlanılan şəxslərdən biri əvvəllər həmin mağazada çalışıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Son xəbərlər
Son Xəbərlər