Fatih Altaylıya hökm oxundu

fatih-altayliya-hokm-oxundu
Oxunma sayı: 2188

Məşhur türkiyəli jurnalist Fatih Altaylının məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, son iclasda qəbul edilmiş hökmə əsasən, Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verilib.

Jurnalist Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhdid etməkdə təqsirli bilinib.

Qeyd edək ki, F. Altaylı təqsirli bilindiyi cinayətə görə beş aydır həbsdədir.