Fatimənin xalası oğlu Batumidə tutuldu - Video

fatimenin-xalasi-oglu-batumide-tutuldu
Oxunma sayı: 1408

Gürcüstanda xalası qızı Fatimə Kərimovanı qətlə yetirməkdə ittiham olunan Azərbaycan vətəndaşı Emin Əliyev  Batumi Beynəlxalq Hava Limanında saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, Əliyevin saxlanılması Türkiyə və Azərbaycan polisi ilə koordinasiya, həmçinin Gürcüstan DİN-in Türkiyədəki ataşesinin cəlb edilməsi ilə həyata keçirilib.

Qeyd edək ki, daha əvvəl Fatimə Kərimovanı qətlə yetirməkdə təqsirləndirilən Ağcabədi rayon sakini Emin Əliyevin Türkiyə ərazisində saxlanıldığı barədə xəbər yayılmışdı. Onun Gürcüstana təhvil verilməsi ilə bağlı işlərin aparıldığı bildirilirdi. 

Xatırladaq ki, Gürcüstan mediasında yayılmış məlumata görə, Tbilisidə qonaq olan 21 yaşlı Fatimə Kərimova iyunun 26-sı xüsusi amansızlıqla qətlə yetirilib. Kirayə mənzildə qətlə yetirilən Azərbaycan vətəndaşı Fatimə Kərimova həmin evdə xalası oğlu tərəfindən girov kimi saxlanılıb. Xəbərlərdə onun 21 yaşlı xalası qızını iki həftə ərzində mənzildə kilidli saxladığı, vəhşicəsinə döydüyü, daha sonra isə boğaraq öldürdüyü yazılıb.