Şahbaz Şərif Pezeşkianla danışdı

sahbaz-serif-pezeskianla-danisdi
Oxunma sayı: 282

Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, Baş nazir bu barədə “X” hesabında paylaşıb.

Şərif bildirib ki, söhbət zamanı bölgədəki son vəziyyət müzakirə olunub, gərginliyin azaldılması, dialoq və diplomatiyanın davam etdirilməsinin vacibliyi vurğulanıb.

O həmçinin Pakistanın İran və ABŞ arasında gərginliyin aradan qaldırılması üçün vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu qeyd edib.