“Favorit PSJ-dir” - Xavi

favorit-psj-dir
Oxunma sayı: 3130

“Barselona”nın baş məşqçisi Xavi Ernandes Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ ilə keçiriləcək oyunu dəyərləndirib.

“Qafqazinfo” xəbər verir ki, ispaniyalı mütəxəssis Parisdəki ilk görüş öncəsi rəqibi favorit hesab edib.

O, PSJ-nin heyətinin çox güclü olduğunu etiraf edib: “Bu, bir növ strategiya deyil. Məncə, favorit onlardır. Dembeleni bizdən aldılar və qat-qat çox pul xərclədilər. PSJ Çempionlar Liqasını qazanmaq üçün qurulmuş komandadır. Onları yaxşı tanıyıram, Çempionlar Liqasını qazanmaq əsas məqsədləridir”.

Qeyd edək ki, bu gün “Park de Prens” stadionunda keçiriləcək PSJ – “Barselona” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.