FED-in qərarının nəticəsi - Neft ucuzlaşdı

fed-in-qerarinin-neticesi-
Oxunma sayı: 4097

ABŞ Mərkəzi Bankının dolların uçot dərəcəsini artırması haqda qərarı artıq neftin qiymətinə təsir edib.

“Qafqazinfo” RİA Novosti-yə istinadən xəbər verir ki, Brent markalı neftin bir barreli 3,34% ucuzlaşıb. Hazırda bu markalı neftin bir barreli 37,44 dollardan satılır.

WTI markasından da xoş xəbər yoxdur. Belə ki, WTI-nin bir barreli üçün qiymət 35,30 dollarda qərarlaşıb. Bu, 4,81% ucuzlaşma deməkdir.

Qeyd edək ki, daha əvvəl Brent neftinin qiyməti 38,86 dollar idi.

Xatırladaq ki, bir neçə saat əvvəl bitən ABŞ Mərkəzi Bankı – FED-in Federal Açıq Bazar Komitəsinin iclasında son 7 ildə ilk dəfə mərkəzləşdirilmiş kreditlər üzrə uçot dərəcəsinin artırılmasına – 0,25%-dən 0,50%-ə çatdırılmasına qərar verilib.