“Fənərbaxça”dan doğma meydanda acı məğlubiyyət

fenerbaxcadan-dogma-meydanda-aci-meglubiyyet
Oxunma sayı: 662

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Fənərbaxça” doğma meydanda İngiltərənin “Nottingem Forest” komandasına 0:3 hesabı ilə məğlub olub.

“Qafqazinfo” xəbər verir ki, Şükrü Saracoğlu stadionunda keçirilən qarşılaşma “sarı-lacivərdlilər” üçün gözlənilməz nəticə ilə başa çatıb.

Qonaq komandanın qollarını 21-ci dəqiqədə Murillo, 43-cü dəqiqədə İqor Jesus və 50-ci dəqiqədə Morqan Gibbs-Uayt vurub.

Onu da bildirək ki, bu matç həm də “Fənərbaxça”nın sabiq baş məşqçisi Vitor Pereyranın “Nottingem Forest”in sükanı arxasında Kadıköydə rəqib qismində ilk çıxışı ilə yadda qalıb.

Xatırladaq ki, cütün qalibi növbəti mərhələdə “Midtyulland” (Danimarka) – “Real Betis” (İspaniya) cütünün qalibi ilə qarşılaşacaq.