FHN-dən zəlzələnin ildönümü ilə bağlı paylaşım

fhn-den-zelzelenin-ildonumu-ile-bagli-paylasim
Oxunma sayı: 1473

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Türkiyədəki zəlzələnin birinci ildönümü ilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, paylaşımda deyilir:

“Qardaş #Türkiyədə böyük insan tələfatı və dağıntılarla nəticələnmiş dəhşətli zəlzələnin birinci ildönümündə faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Zəlzələ baş verdikdən dərhal sonra cənab Prezident İlham Əliyevin tapşırığına əsasən, #FHN-in qüvvələri bacı-qardaşlarının yardımına yetişmiş, dağıntılar altından insanların xilas olunması, səhra hospitalları və çadır şəhərciklərinin qurularaq zərərçəkmişlərə zəruri xidmətin göstərilməsi, humanitar yardımın çatdırılması kimi əməliyyatları uğurla yerinə yetirmişdir.

Həm sevincli, həm də kədərli günündə səninləyik, #Türkiyə!

#SəninləyikTürkiyə #FHN #azerbaycanfhn #fövqəladəhallarnazirliyi”.