FHN yanğınla bağlı məlumat yaydı

FHN yanğınla bağlı məlumat yaydı
Oxunma sayı: 5385

Fövqəladə Hallar Nazirliyi Bakının Nəsimi rayonunda yerləşən 3-cü mikrorayon bazarında baş verən yanğınla bağlı məlumat yayıb.

"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, saat 17:29-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "3-cu mikrorayon bazarı" kimi tanınan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. 4 dəqiqə sonra, yəni saat 17:33-də ilk yanğınsöndürmə briqadaları hadisə yerinə çatıb. Yanğının mürəkkəbliyinə, ərazidə yüksək yanğın riskli çoxsaylı obyektlərin mövcudluğuna baxmayaraq, yanğınsöndürənlərin peşəkarlığı və şücaəti sayəsində yanğının böyük əraziyə yayılmasına və daha böyük faciəyə səbəb olmasına imkan verilməyib. Belə ki, yanğın saat 18:00-da, yəni ilk yanğınsöndürmə briqadaları hadisə yerinə çatandan 27 dəqiqə sonra məhdudlaşdırılıb və saat 18:19-da tam söndürülüb. 

Ümumilikdə 6100 kv.m-dən artıq sahəsi olan bazarda 280 kv.m sahədə kafe və satış piştaxtaları, 2 ədəd "QAZEL" markalı yük avtomobili və bazara bitişik 50 kv.m sahəsi olan avtomobil təmiri sexi yanıb. Bazarın qalan hissəsi yəni, 5800 kv.m-dən artıq ərazisi və yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub, yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Qeyd edək ki, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətindən 17 ədəd texnika və 75 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 8 ədəd texnika və 66 nəfər canlı qüvvə cəlb edilib, Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və nazirliyin aidiyyəti qurum rəhbərliyi hadisə yerində olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi