Finlandiya rəsmən NATO-ya üzv oldu - Yenilənib

finlandiya-resmen-nato-ya-uzv-oldu
Oxunma sayı: 3206

Finlandiya rəsmi olaraq NATO-ya üzv olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Polşanın Baş naziri Mateuş Moraveçkiy öz tviter hesabında paylaşıb. 

“Finlandiya artıq NATO-dadır. Təbrik edirik! Bu gündən etibarən alyans 31 ölkədən ibarətdir”, - deyə o qeyd edib.

***

Finlandiyanın XİN rəhbəri Pekka Haavisto ölkəsinin NATO-ya daxil olması ilə bağlı sənədi imzalayıb.