Fransanın bir sıra şəhərlərində yuxarı sinif şagirdlərinin etiraz aksiyaları nəzarətdən çıxaraq kütləvi iğtişaşlara və zorakılıq hallarına çevrilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “France 24” telekanalı məlumat yayıb.
Kanal bildirib ki, etirazçılar azı iki məktəbi yandırıb, hətta təhsil müəssisələrindən birinin direktorunun üzərinə benzin tökərək dəhşətli hücum həyata keçiriblər. Şagirdlər kadr çatışmazlığı, pis tədris şəraiti, sıx dərs cədvəlləri və siniflərdə şagird sayının həddindən artıq çox olmasına etiraz edirlər
Yerli polisin məlumatına görə, günortayadək ölkə üzrə 340-a yaxın etiraz aksiyası keçirilib və nəticədə 160-dan çox təhsil müəssisəsinin fəaliyyəti dayandırılıb. Oktyabrın 1-də bu hərəkata tələbələr də qoşularaq Paris və Marsel də daxil olmaqla 30-a yaxın universitetin girişini bloklayıblar.
İğtişaşlar ölkədə nəqliyyatın fəaliyyətini də iflic edib. Belə ki, Marsel və Strasburqda vandalizm aktları və sürücülərə hücumlar fonunda etirazçıların hərəkətini məhdudlaşdırmaq məqsədilə avtobus, tramvay və metronun fəaliyyəti təcili dayandırılıb.
Təhsil naziri Eduar Jefrenin sözlərinə görə, iğtişaşlar başlayandan bəri 119 şagird və məktəb işçisi xəsarət alıb. Mövcud böhranla əlaqədar Fransa Baş naziri Sebastyan Lekornyu təcili böhran iclası çağırıb.
Son xəbərlər
Son Xəbərlər