“Səslər mənə Trampı öldürməyi əmr etdi” - Ağ Evin yaxınlığında saxlanıldı

sesler-mene-trampi-oldurmeyi-emr-etdi
Oxunma sayı: 290

Vaşinqtonda Ağ Ev kompleksinin yaxınlığında silahlı şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Şübhəli şəxs ifadəsində beynindəki səslərin ona ABŞ Prezidenti Donald Trampı öldürməyi tapşırdığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Departamentinin məlumatına görə, saxlanılan şəxsin Venesueladan ölkəyə qanunsuz yolla gəlmiş Ronni Yordriks Kuanipa Çrinos olduğu müəyyən edilib.

O, Ağ Evin yaxınlığında park edilmiş oğurluq avtomobildə şübhəli hərəkətlər edərkən aşkar olunub.

Çrinos özündə silah olduğunu etiraf etdikdən sonra avtomobildə axtarış aparılıb və üç odlu silah və onlarla sursat aşkar edilərək götürülüb. Şübhəliyə qarşı odlu silahların və sursatların qanunsuz daşınması, lisenziyasız tapança gəzdirmə, oğurluq və digər ağır maddələr üzrə ittihamlar irəli sürülüb.

Məlum olub ki, Çrinos 2024-cü ildə ABŞ-yə qanunsuz daxil olarkən Sərhəd Patrulu tərəfindən saxlanılsa da, sonradan sərbəst buraxılıbmış. O, hazırda immiqrasiya nəzarətinə götürülüb.