“Fresco”dan “üçdə üç” kampaniyası…

frescodan-ucde-uc-kampaniyasi
Oxunma sayı: 6613

“Fresco” supermarketlər şəbəkəsinin üç yaşı tamam olur. Bu məqsədlə “Üçdə üç” adlı yeni kampaniya həyata keçirilir.

İlk öncə onu deyək ki, kampaniya həm də müştərilərlə ünsiyyət məqsədi ilə reallaşdırılır. Eyni zamanda alıcılar “Fresco”nun üç yaşında üç gün, noyabrın 20, 21 və 22- də bonus kartla alış-veriş zamanı bir yox, 3% endirim hüququ qazanacaqlar.

Ad günündə hədiyyələr də var!!!

“Üçdə üç” kampaniyası zamanı “Fresco” sevimli müştərilərinə hədiyyələr də təqdim edəcək.

Biz necə yarandıq!?

2010-cu ilin iyununda Avstriyanın EMSA Capital İnvestisiya Fondunun təşəbbüsü ilə Azeri Retail Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Daxili bazarda Azeri Retail Azərbaycan şirkəti “Fresco” brendi ilə təmsil olunur.

Yaradıldığı ilk gündən “Fresco” supermarketlər şəbəkəsi Azərbaycan bazarına dünya keyfiyyət standartlarına uyğun, müasir texnologiyaların tətbiqi prinsipinə sadiqdir. Biz həm yerli, həm də xarici tədarükçülərlə işləyirik. Buna görə də, hər zaman alıcılarımıza ənənəvi və ya eksklüziv məhsullar almaq seçimi veririk.

“Fresco” 20 000-dən artıq sayda mal çeşidinə malikdir.

Mağazanın müxtəlif sektorlara bölünməsi alıcılara istədiyi malı asanlıqla əldə etməyə yardımçı olur. Onlar axtarışa artıq vaxt itirmir, nəzərdə tutulan sektorlardan iistədiyi məhsulu az zamanda əldə edə bilir.

“Fresco” brendinin təkmilləşdirilməsi

İstiqamətində peşəkar komanda çalışır. Biz həm də Azərbaycan istehlakçısına xidmət keyfiyyətinin artırılması, ticarət mədəniyyəti standartlarının formalaşdırılmasına xidmət edirik. Hər bir alıcıya rahatlıq və məmnuniyyətlə alış-veriş etmək imkanı yaratmaq üçün yorulmadan işləyirik. “Fresco” müasir Avropa standartlarından geri qalmayan ən yeni pərakəndəçilik texnologiyalarının tətbiqi ilə yaradılıb. Ən son avadanlıqlar məhsulların keyfiyyətli saxlanılmasına imkan verir.

“Fresco” - “Təravətin ünvanı”dır!..

Bu təravət, böyük seçim, yaxşı qiymətlər və əlbəttə ki, yaxşı xidmətdir. Mağaza daxili zonalanmanın intuitiv anlaşılması, məhsulların merçandayzinqi alıcılara lazım olan məhsulları qısa müddətdə tapmağa şərait yaradır. Bütün mağazalardakı xoş abu-hava alıcılara alış-verişdən zövq almağa imkan bəxş edir. «Fresco»-nun əsas xüsusiyyətlərindən biri və hətta birincisi alıcılara geniş çeşiddə təzə malların təqdim olunmasıdır.

«Fresco» ağız dadını bilənlərin ünvanıdır!..

Supermarketimizdə təzə meyvə-tərəvəz, ət və ət məhsulları, akvariumdan diri saxlanılan balıq çeşidləri, delikateslər, müxtəlif salatlar, müxtəlif şirniyyatlar təklif olunur. Mağazalarımız alıcılara ev və məişət üçün zəruri əşyalar da təqdim edir.

«Fresco» - Azərbaycan bazarında tələbkar istehlakçı üçün əlçatan və keyfiyyətli brend kimi mövqe tutmuş yeni supermarketlər şəbəkəsidir. «Fresco» brendi altında daha 6 supermarket fəaliyyət göstərir:

Bakı şəhəri

- Nəsimi r-nu, S.Rəhimov küçəsi-179a; (Avenue Veraj Plaza)
- Nəsimi r-nu, Nizami 129E (Aff Business House)
- Yasamal r-nu, Abbas Mirzə Şərifzadə 39 (ASAN Xidmet)
- Nəsimi r-nu,Samed Vurgun 34 (Aff mall)
- Novxanı qəsəbəsi, Novxanı şosesi;(Polis Idaresi ile uzbeuz)
- Xırdalan şəhəri, Mehdi Hüseynzadə küç. 54B;

Mağazalarımızda alış-veriş zamanı bonus kartlardan da istifadə edə bilərsiniz. “Fresco”da bonus kartla
aliş-verişi daha maraqli və hədiyyəlidir. Fresco bonus karti digerleden fərgli olaraq balansda pul meblegi toplamag uchun alish-verishə və vaxta hech bir limit qoymur.

Möhtəşəm aksiyada, hədiyyələr və endirimlər sizi gözləyir. Bizimlə olun!

“Üçdə üç”də qazanmaq şansınız yüz faizdir!..