Yük maşını ilə toqquşan traktor aşdı, yaralılar var - Foto

yuk-masini-ile-toqqusan-traktor-asdi-yaralilar-var
Oxunma sayı: 1947

Bu gün Tovuzda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Aşağı Quşçu kəndində “Hyundai” markalı yük avtomobili ilə “Belarus” markalı traktor toqquşub.

Nəticədə kənd təsərrüfatı texnikası aşıb, 2 nəfər xəsarət alıb.

Yaralılar yaxınlıqda yerləşən tibb müəssisəsinə yerləşdirilib. Vəziyyətləri orta ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev