“Şurik”in həkimi vəfat etdi

surikin-hekimi-vefat-etdi
Oxunma sayı: 2725

Rusiyanın əməkdar artisti, Rusiya Kinematoqrafçılar İttifaqının üzvü, aktrisa Nina Qrebeşkova 94 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqının teleqram səhifəsində bildirilib.

 “2025-ci il mayın 10-da 95 yaşında bir çox nəsillərin sevimli aktrisası, Rusiyanın əməkdar artisti Nina Pavlovna Qrebeşkova (1930-2025) vəfat edib”, - məlumatda deyilir.

Qeyd edək ki, “Qafqaz əsiri, yaxud Şurikin yeni macəraları”, “12 stul”, “Ola bilməz”, “Sportloto-82” və digər filmlərdəki rolları ona şöhrət qazandırıb.