Yeni Papa XIV Leo yaxın gələcəkdə Türkiyəyə və ya Peruya səfər edə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS yazır.
O, bu haqda VI Paul Auditoriumunda keçirilən görüşdə jurnalistlərin suallarını cavablandıran zaman bildirib. Papa ABŞ-yə səfər etməyi planlaşdırmadığını da açıqlayıb.
“Tezliklə Peruda məndən xəbər gözləyin”, - deyə o bildirib. O, həmçinin Birinci Nikeya Kilsə Məclisinin 1700 illik yubileyinə (Türkiyənin Bursa şəhərinə - red.) gedəcəyini vurğulayıb.