“Böyük yeddilik” (G7) ölkələri qlobal enerji bazarlarını sabitləşdirmək və qiymət təzyiqini azaltmaq məqsədilə ehtiyatlardan 100 milyon barel neft və dizel yanacağının bazara çıxarılmasına qərar verib.
“Qafqazinfo” xəbər verir ki, G7 liderlərinin onlayn görüşündən sonra yayılan birgə bəyanata görə, ehtiyatların buraxılması Beynəlxalq Enerji Agentliyinin (BEA) koordinasiyası ilə dərhal başlayacaq və dörd ay ərzində həyata keçiriləcək.
Liderlər qlobal neft bazarlarında artan qiymətlər və dalğalanmaların iqtisadi sabitliyə və vətəndaşların rifahına təhlükə yaratdığını bildiriblər.
G7 ölkələri neft emalı zavodlarının texniki xidmət qrafiklərini əlaqələndirəcək və mümkün olduqda istehsal gücündən istifadə səviyyəsini müvəqqəti artıracaq.
Xüsusilə dizel bazarındakı təzyiqləri azaltmaq üçün yüksək emal gücünə malik ölkələrlə də əməkdaşlıq aparılacaq.
Bəyanata görə, G7 ölkələri və tərəfdaşları ilk 20 gün ərzində əhəmiyyətli həcmdə dizel ehtiyatını bazara çıxaracaq. BEA isə tədbirlərin icrasını izləyəcək və ehtiyatların yenidən doldurulması da daxil olmaqla əlavə addımlarla bağlı hesabat hazırlayacaq.
G7 ölkələri enerji və enerji məhsullarının ixracına məhdudiyyət tətbiq etməkdən çəkinəcəklərini açıqlayıblar.
“Bütün istehsalçıları bazar gərginliyini daha da pisləşdirə biləcək qadağalar tətbiq etməkdən çəkinməyə çağırırıq”, - bəyanatda deyilir.
Son xəbərlər
Son Xəbərlər