Gədəbəydə qəza, yaralılar var

gedebeyde-qeza-yaralilar-var
Oxunma sayı: 1367

Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" nun xəbərinə görə, rayonun Saratovka kəndində "VAZ 2106" və "UAZ" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər rayon sakini - 43 yaşlı Hafiz Məsimov, həmyaşıdı Xəyyam Rüstəmov və 37 yaşlı Ramiz Yusibov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli