Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Qarabağ Universitetinin tələbələri xüsusi fləşmob hazırlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda universitet sosial şəbəkədə paylaşım edib.
“Ulu Öndərin “Təhsil millətin gələcəyidir” devizi altında Xankəndidə fəaliyyətə başlayan universitetimiz, bu gün dahi rəhbərin xatirəsini qürurla yad edir. Azərbaycan gəncliyi olaraq hər zaman dövlətimizin və liderimizin izindəyik”, - paylaşımda qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər