Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
“Qafqazinfo” xəbər verir ki, ATU kollektivi müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi xadim, xalqımızın dahi oğlunun əziz xatirəsini böyük ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət edilərək, əziz xatirəsi dərin hörmətlə yad edilib və üzərinə gül dəstələri qoyulub.





Son xəbərlər
Son Xəbərlər