Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəngilan səfəri ilə bağlı videoçarx paylaşılıb.
“Qafqazinfo” xəbər verir ki, həmin paylaşımda deyilir:
“Bu gün ulu öndər Heydər Əliyevin doğum günüdür və bizim görüşümüzün məhz bu gündə keçirilməsi təbii ki, rəmzi məna daşıyır. Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik”.
Son xəbərlər
Son Xəbərlər