Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür.
“Qafqazinfo” xəbər verir ki, Ulu Öndərin əziz xatirəsi Beyləqanda dərin hörmət və ehtiramla yad olunub, abidəsi ümumrayon səviyyəsində ziyarət edilib.
Ziyarət mərasimində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və kollektivi, YAP Beyləqan rayon təşkilatının rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə, təşkilat və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə tər güllər düzərək Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə misilsiz xidmətlər göstərmiş Ümummilli Liderin parlaq siyasi irsini böyük minnətdarlıq hissi ilə yad ediblər.











Son xəbərlər
Son Xəbərlər