Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli başda olmaqla İcmanın mərkəzi orqanlarının rəhbərləri və İcma üzvləri müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
“Qafqazinfo” xəbər verir ki, Ümummilli Liderin məzarı üzərinə gül dəstələri qoyulub, əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin və Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, tibb elmləri doktoru, professor Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər düzülüb.




Son xəbərlər
Son Xəbərlər