Tərtərdə Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü ehtiramla yad edildi - Fotolar

terterde-umummilli-liderin-anadan-olmasinin-103-cu-ildonumu-ehtiramla-yad-edildi
Oxunma sayı: 201

Müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Tərtər rayonunda ümumrayon ziyarəti keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Milli Məclisin deputatı Anar Məmmədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Ulu Öndərin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüb, dahi rəhbərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.