Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarıldı

gence-regional-medeniyyet-idaresinin-reisi-isden-cixarildi
Oxunma sayı: 6748

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov tutduğu vəzifədən azad edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün o, təhvil-təslim etməlidir.

Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildiriblər ki, V. Cənnətov əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq yanvarın 19-da tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, V. Cənnətov keçmiş mədəniyyət naziri Anar Kərimovun istintaqa cəlb olunmuş müavini Elnur Əliyevin yaxın qohumudur. V. Cənnətov 2021-ci ilin yanvarından bu vəzifədə çalışırdı. 

Yunis Quliyev