Gəncədə güclü yanğın - Video

gencede-guclu-yangin
Oxunma sayı: 2195

Bu gün günorta saatlarında Gəncə şəhərində güclü yanğın qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, şəhərin sənaye zonasından – Alüminium zavodunun yaxınlığındakı ərazidən ətrafa qatı tüstü yayılmağa başlayıb.

Bildirilib ki, yanğın tullantılar olan ərazini əhatə edib.

Hadisə nəticəsində ətraf mühitə ciddi zərər dəyib, şəhərin böyük hissəsini qara tüstü bürüyüb.