Gömrük rüsumu ilə bağlı ABŞ-yə müraciət etdilər

gomruk-rusumu-ile-bagli-abs-ye-muraciet-etdiler
Oxunma sayı: 1299

Təqribən 70 ölkənin nümayəndəsi ABŞ-yə gömrük rüsumlarının yumşaldılmasına dair danışıqlara başlamağı təklif edib. 

“Qafqazinfo” xəbər verir ki, bunu “Fox Business” telekanalına müsahibəsində ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib. 

Onun sözlərinə görə, bu müzakirələr iyun ayına qədər davam edə bilər. 

Bessent, həmçinin xarici nümayəndələrə soyuqqanlı olmağı və vəziyyəti gərginləşdirməməyi tövsiyə edib. 

Xatırladaq ki, aprelin əvvəli ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazidən ABŞ-yə idxal olunan məhsullara qarşılıqlı tariflər təyin edib. Azərbaycanın da yer aldığı siyahıdakı ölkələr üçün baza səviyyəsində gömrük rüsumları 10 faiz təşkil edir. Bununla belə, Çin üçün bu tarif 34, Tayvan üçün 23, Avropa İttifaqı üçün isə 20 faiz təyin edilib. 10 faizlik rüsumlar aprelin 5-dən qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-dan etibarən tətbiq ediləcək.