“Görüş gələn həftə baş tuta bilər”

gorus-gelen-hefte-bas-tuta-biler
Oxunma sayı: 1401

Ukrayna münaqişəsinin nizamlanması məsələsinə dair Ukrayna və ABŞ nümayəndələrinin növbəti görüşü gələn həftə baş tuta bilər.

“Qafqazinfo” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski jurnalistlərlə görüşündə bildirib.

“Biz düşünürük ki, amerikalılarla görüşümüz gələn həftə baş tuta bilər”, - o qeyd edib.