Göygöldə yol qəzası - Xəsarət alanlar var

goygolde-yol-qezasi
Oxunma sayı: 1530

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Hacıməlik qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza minik maşını ilə yük avtomobilinin toqquşması nəticəsində olub. Qəza zamanı 55 yaşlı Tamaşa Məhərrəmova və 42 yaşlı Səmiyə Salmanova xəsarət alıb.

Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev