Göygölün səsi... - Video

goygolun-sesi
Oxunma sayı: 1998

Göygöl Milli Parkına qar yağıb. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) sosial şəbəkə hesabında paylaşım edilib. 

Videoda ağ örpəyə bürünmüş dağların əhatəsində buz kimi təmiz suların görüntüsü yer alıb. Təbiətin sakitliyini pozan yeganə səs isə suyun şırıltısıdır.

Qeyd edək ki, Göygöl Milli Parkı hər fəsildə fərqli gözəlliyi ilə diqqət çəkir. Bu cür qar mənzərələri isə yaz aylarında nadir hallarda müşahidə olunur.

Həmin görüntüləri təqdim edirik: