Bakıda anaları tərəfindən gözəllik salonunda tərk edilən bacı-qardaşla bağlı qiymətləndirmə həyata keçirilir.
Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
“Uşaqların mövcud vəziyyəti nəzərə alınaraq onlar ƏƏSMN-in tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib. Hazırda uşaqların qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmənin nəticələrinə əsasən onlara fərdi inkişaf planı hazırlanacaq”, - açıqlamada vurğulanıb.
Qeyd edək ki, hazırda uşaqlar Mehriban Zeynalovanın Qadın və Uşaq Sığınacağındadırlar. Onlardan - qızın 8, oğlanın isə 9 yaşı var. Uşaqların heç bir sənədinin olmadığı, bu səbəbdən təhsildən yayındırıldıqları bildirilir.
Son xəbərlər
Son Xəbərlər