Güclü külək Yasamalda fəsadlar törətdi - Gediş-gəliş çətinləşdi+Fotolar

guclu-kulek-yasamalda-fesadlar-toretdi
Oxunma sayı: 963

Dünən gecədən Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti hökm sürür.

“Qafqazinfo” xəbər verir ki, güclü külək Bakıda bir sıra fəsadlar törədib.

Belə ki, Yasamal rayonu Gəray Əsədov küçəsindəki dəmir konstruksiyalar yolun ortasına aşıb.

Nəticədə gediş-gəliş çətinləşib, insanlar üçün təhlükə yaranıb.

Sakinlərin sözlərinə görə, gün ərzində məsələ ilə müvafiq qurumlardan maraqlanan olmayıb.