Gümüşün qiyməti son 14 ilin pik həddində

gumusun-qiymeti-son-14-ilin-pik-heddinde
Oxunma sayı: 1475

“Comex” birjasında dekabr çatdırılması üzrə gümüş fyuçersləri 1 troya unsiyası üçün 48,01 dollara qədər bahalaşıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qiymət 2011-ci il mayın 2-dən bəri ilk dəfə bu səviyyəyə çatıb.

Belə ki, Bakı vaxtı ilə saat 17:12-ə olan məlumata görə, gümüşün qiyməti 1,45% artıb.

Qeyd olunur ki, gümüş bir il ərzində 64%-dən çox bahalaşıb.